İsrail ordusu Suriya ilə sərhəddəki Qolan təpələrindəki bufer zonadan kənara çıxıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "The New York Times" İsraildəki mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, İsrail qoşunlarının Qolandan kənarda yerləşdirilməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ölkəni tərk etməsi ilə bağlıdır və bu, regionda qeyri-sabitliyin artmasına səbəb ola bilər.
İsrail Ordusunun bufer zonadan kənarda olduğunu dolayısı ilə təsdiqləyən Baş Qərargah rəisi Herzi Halevinin Suriya ərazisinə qoşun yeritməklə bağlı açıqlamaları olub.
Son məlumatlara görə, İsrail ordusu Suriya ilə bufer zonada yerləşən Hermon dağının qarşı tərəfdəki nöqtəsini ələ keçirib.