9 Dekabr 11:13
1 276
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Müsəlman Alimləri Birliyinin baş katibi Əli Məhəmməd əs-Sallabi Suriyada 61 illik “Bəəs” (Əsəd) rejiminin devrilməsindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı diqqətçəkən açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Sallabi sosial media hesabında “Dəməşq və Suriya azad edildi” etiketli paylaşımında Ərdoğan üçün dua edib, tərif dolu ifadələrə yer verib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk və müdafiəsiz xalqlar üçün Allahın lütfüdür. Allahım, onun adını islah olanlar sırasında uca et”, - deyə qurum rəhbəri dua edib.

Sallabi paylaşımında Suriyanın devrilmiş prezidenti Bəşər Əsədi cinayətkar adlandırıb:

“Suriyada azadlıq günəşi parlayır, Allaha dua edirik ki, onlara təhlükəsizlik, sabitlik, ədalət və sülh gətirsin.

Cinayətkar (Bəşər Əsəd) qaçdı, rejimi çökdü. Azad suriyalılar Dəməşqə daxil olurlar, qələbəni elan edirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər