9 Dekabr 12:22
1 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya ordusunun (devrilmiş Bəşər Əsəd rejiminə bağlı - red.) gələcək taleyi qeyri-müəyyəndir və yeni komandanlığın qərarlarından asılı olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriya Baş naziri Məhəmməd Qazi əl-Cəlali bildirib.

“Suriya ordusunun taleyi ilə bağlı suala cavabım yoxdur”, - deyə Cəlali qeyd edib.

Mövcud vəziyyəti şərh edərkən, baş nazir indi ölkədə mühüm vəzifənin təhlükəsizliyin gücləndirilməsi olduğunu söyləyib və əlavə edib ki, Suriya xalqı son illərdə çox yorulub.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər