9 Dekabr 13:40
1 511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya xalqı öz ölkəsinin taleyini, onun siyasi və hökumət sistemini həll etməlidir.

Teleqraf.com xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian deyib.

İran prezidenti qarşılıqlı anlaşmaya nail olmaq üçün Suriya cəmiyyətinin müxtəlif təbəqələri arasında dialoqun zəruriliyini vurğulayıb.

Pezeşkian ümid edir ki, hərbi qarşıdurma ən qısa vaxtda sona çatacaq, Suriya xalqı öz taleyi ilə bağlı sakit bir mühitdə, dağıdıcı xarici müdaxilə olmadan qərar verə biləcək:

“Böyük Suriya xalqı buna layiqdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər