9 Dekabr 13:28
315
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əhalini əmin etmək istəyirəm ki, hər şey yaxşı olacaq. Gürcüstanda nə xaos, nə iğtişaşlar, nə gündəmin dəyişdirilməsi olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

O, hakim komandanın öz seçicilərini məyus etməyəcəyini bildirib.

“Siz bizə mandat etibar etmisiniz və biz buna böyük məsuliyyətlə yanaşırıq, onu müdafiə edirik və qiymətləndiririk. Biz anlamalıyıq ki, yaranmış vəziyyət ölkəmiz ətrafında baş verən proseslərin əks-sədasıdır və biz bu vəziyyətdən mütləq əmin-amanlığa çıxacağıq”, - spiker söyləyib.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər