Türkiyənin Ərzurum vilayətində 4,5 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Təbii Fəlakət və Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, zəlzələ Pasinler rayonunda yerli vaxtla saat 04:30-da qeydə alınıb. Yeraltı təkanların ocağı 14 kilometr dərinlikdə yerləşib.