Azərbaycana ət idxalı artıb.
Teleqraf.com Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, 2024-cü ildə 58 min 688 ton ət idxal edilib.
Bu, 2023-cü illə müqayisədə 16 min 981 ton və ya 41 faiz artım deməkdir.
Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0.62 faizini təşkil edib.