23 Oktyabr 2018 22:29
1 656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçı Emin Abdullayevin (Emin Uraqan) “Hərbdən qeydlər” adlanan ilk kitabı işıq üzü görüb.

Bu barədə Teleqraf.com-a müəllifin özü məlumat verib.

"XAN" Nəşriyyatında çap olunan kitabda Uraqan Eminin hərbi xidmətdə yazdığı fəlsəfi düşüncələri, hekayə və məqalələri yer alıb.
Müəllif bildirib ki, kitabın içindəki əlfəcin oxucuya imza günündə 20 manat dəyərində hədiyyə kartı qazandıra bilər: “Bununla da Kitabevim.az mağazalarından 20 manata qədər alış-veriş edib istənilən kitaba sahib olmaq mümkündür”.

Müəllifin imza günü və kitabın təqdimatı oktyabrın 28-də Kitabevim.az kitab mağazasında keçiriləcək.
Kitabın qiyməti 3,50 manatdır.


Müəllif: Mənsur Rəğbətoğlu