3 İyul 2014 11:14
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Barron's” nəşrinin versiyasına görə, ABŞ-ın “Apple” korporasiyası ən nüfuzlu şirkətlərin illik reytinqində yenidən birincidir.

Ötən il Kaliforniya nəhəngi “Berkshire Hathaway” investisiya şirkətindən sonra ikinci olub.

Teleqraf.com bildiri ki, “Barron's” analitikləri investorların sorğusunun nəticələrinə görə ən nüfuzlu şirkətləri müəyyənləşdirirlər. Ekspertlər tədqiqat zamanı, güclü rəhbərlik və şirkətin işgüzar əxlaq prinsiplərinə sadiqliyini, həmçinin “ağıllı” biznes strategiyası və rəqabətə davamlılığın mövcudluğu kimi amilləri nəzərə alırlar.

Cari il “Apple” şirkəti 3,94 bal qiymət toplayıb. İkinci yerdə “Berkshire Hathaway” (3,58) investisiya şirkəti qərarlaşıb.

Texnologiya sənayesinin iştirakçıları arasında ən nüfuzlu şirkətlərin reytinqində “Google” dördüncü mövqedə yer alıb – internet nəhəngi 3.52 bal səviyyəsində qiymətləndirilib. Prosessor istehsalçısı “Intel” şirkəti 2,94 bal toplayaraq 21-ci olub. Cənubi Koreyanın “Samsung Electronics” şirkəti 2.67 balla 39-cu yerdə qərarlaşıb, “DailyComm” yazır. /ANSPRESS/


Müəllif:

Oxşar xəbərlər