Cəmil Rüstəmxanlı “Azəryolservis”də beynəlxalq əlaqələr idarəsində qrup rəhbəri təyin edilib.
Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-də yeni təyinat olub.
Teleqraf.com bildirir ki, lent.az-ın əldə etdiyi məlumata görə, nəqliyyat naziri Ziya Məmmədovun imzaladığı əmrə əsasən, Cəmil Rüstəmxanlı“Azəryolservis”də beynəlxalq əlaqələr idarəsində qrup rəhbəri təyin edilib. O, bu vəzifəyə bir müddət öncə təyin olunub.
Qeyd edək ki, Cəmil Rüstəmxanlı millət vəkili, xalq şairi Sabir Rüstəmxanlının oğlu, nəqliyyat naziri Z.Məmmədovun qardaşı İldırım Məmmədovun kürəkənidir.