Daxili İşlər Nazirliyinin mətbuat xidməti Sumqayıtda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, iyulun 4-də saat 22 radələrində Sumqayıt şəhəri ərazisində Bakı şəhər sakini Emil Abdullayev idarə etdiyi “Mercedes markalı avtomobili aşırıb.
E.Abdullayevin sərnişinlərindən - anası Sevinc və qardaşının arvadı Nişanə Abdullayeva hadisə yerində ölüb, özü və digər sərnişini - qardaşı Hümbət xəstəxanaya yerləşdiriliblər.
BDYPİ tərəfindən araşdırma aparılır.
/azvision.az/