Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tofiq Məhəmmədəli oğlu Zeynalovun "Şöhrət" ordeni ilə təltif olunması barədə sərəncam verib.
Teleqraf.com bildirir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Tofiq Məhəmmədəli oğlu Zeynalov “Şöhrət” ordeni ilə təltif edilsin".
Qeyd edək ki, Zeynalov Tofiq Məhəmmədəli oğlu 17 iyul 1944-cü ildə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun kənd təsərrüfatının mexanikləşdirilməsi fakultəsini və Bakı Ali Partiya məktəbini bitirib. 1973-1976-ci ilərdə Tovuz rayon Komsomol Komitəsinin birinci katibi işləyib. 1976-1978-ci ilərdə Bakı Ali Partiya məktəbində təhsil alıb. 1978-1982-ci illərdə Tovuz şəhər 155№-li Texniki Peşə Məktəbinin direktoru vəzifəsində çalışıb. 1982-1985-ci illərdə Tovuz rayon Partiya Komitəsində təlimatçı vəzifəsində işləyib. 1985-1986-cı illərdə Tovuz rayon Partiya Komitəsinin şöbə müdiri vəzifəsində işləyib. 1986-1989-cu illərdə Engels adına üzümçülük və şərəbçılıq sovxozunun direktoru vəzifəsində işləyib. 1989-1990-cı illərdə Tovuz rayon Aqrar Kombinatının baş direktorunun birinci müavini vəzifəsində işləyib. 1990-1991-ci illərdə Tovuz rayon Aqrar Kombinatının baş direktoru vəzifəsində işləyib. 1991-1992-ci illətdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 1993-1999-cu illərdə M.B.Qasımov adına Üzüm istehsalı və emalı müəssisəsinin direktoru, YAİK-in sədri vəzifəsində işləyib. 2000-2001-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əlaqələr idarəsində rəis müavini vəzifəsində işləyib 2001-2002-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin rəisi vəzifəsində işləyib 2002-2007-ci illərdə Tovuz Ərazi Kənd Təsərrüfatı idarəsinin rəisi vəzifəsində işləyib.
27.02.2007-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür.