16 İyul 2014 21:24
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev akademik Validə Tutayuqun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sənəddə qeyd olunur ki, 2014-cü ilin sentyabr ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya üzrə ilk azərbaycanlı qadın elmlər doktoru, professor Validə Xaspolad qızı Tutayuqun anadan olmasının 100 illiyi tamam olur.

Teleqraf.com bildirir ki, Validə Tutayuq Azərbaycanda botanika elminin inkişafına sanballı töhfələr vermiş və kənd təsərrüfatı sahəsində milli elmi-pedaqoji kadrların yetişdirilməsində təqdirəlayiq fəaliyyət göstərmişdir.

Sərəncama əsasən, ölkəmizdə elmin inkişafında və yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm xidmətləri olan akademik Validə Tutayuqun 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Validə Tutayuqun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb


Müəllif:

Oxşar xəbərlər