22 İyul 2014 10:10
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyada milyarder Levon Ayrapetyanın həbsini Azərbaycan sifariş verməyib".

Alınan məlumata görə, bunu Ermənistanın Respublika partiyasının deputat Qareqin Nuşikyan deyib.

Onun sözlərinə görə, bir çoxları hesab edir ki, Levon Ayrapetyan Azərbaycanın sifarişi ilə həbs edilib.

"Lakin bu belə deyil. Çünki Azərbaycanın sifarişi ilə hansısa iş adamı həbs edilirsə, niyə Ermənistan üçün faydalı işlər görən digər erməni milyarderlər tutulmur. Məsələn, Samvel Karapetyanı misal çəkə bilərəm", deyə deputat bildirib.

Qeyd edək ki, Rusiyada yaşayan erməni milyarder Levon Ayrapetyanın qardaşı onun həbsinin Azərbaycanın sifarişi ilə həyata keçirildiyini deyib. Ayrapetyan çirkli pulların yuyulmasında təqsirli bilinir.

/ans press/


Müəllif:

Oxşar xəbərlər