31 İyul 2014 12:34
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə "Gülən hərəkatı"nın tərəfdarlarına qarşı əməliyyatlar davam etdiriləcək.

Məlumata görə, bu barədə ölkənin ədliyyə anziri Bəkir Bozdağ bəyan edib.

Onun sözlərinə görə, "Gülən hərəkatı"nın (hazırda ABŞ-da yaşayan ictimai-dini xadim Fətullah Gülən - red.) tərəfdarlarına qarşı əməliyyatlar şəffaf keçirilsə də, ölkədəki bəzi kütləvi informasiya vasitələri bu əməliyyatlarla bağlı məlumatları bilərəkdən təhrif edirlər.

Qeyd edək ki, Türkiyədə iyulun 22-də "Gülən hərəkatı"nın tərəfdarlarına qarşı keçirilən əməliyyat çərçivəsində 70-dən artıq polis saxlanılıb. Onların arasında Türkiyə kəşfiyyatının İstanbul şöbəsinin sabiq rəhbəri Əli Fuad Yılmazer də var.

/trend/


Müəllif:

Oxşar xəbərlər