2 İyul 2014 14:44
1 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbhə xəttində ATƏT-in növbəti monitorinqi baş tutub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 2-də Goranboy rayonu Tapqaraqoyunlu kəndinin cənub-qərb istiqamətindəki qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Yevgeni Şarov, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Piter Svedberq və Jiri Aberle keçiriblər. /Milli.az/


Müəllif:

Oxşar xəbərlər