“Avropa İttifaqı Ermənistana bir daha assosiasiya haqqında razılaşmaya qayıtmaq imkanını verməyə hazırdır”.
Bu sözləri Qloballaşma və Regional İnkişaf Mərkəzinin rəhbəri Stepan Qriqoryan erməni mediasına açıqlamasında deyib.
Erməni analitikin sözlərinə görə, Ermənistan Avrasiya inteqrasiya layihələrinə qoşulmayacaq. O, bunu Dağlıq Qarabağ münaqişəsi ilə izah edib: “Ermənistan bunu o zaman edəcək ki, Qarabağ məsələsi onun xeyrinə həll olunacaq. Ancaq bu ağlasığmazdır. Çünki Rusiya bu layihədə Azərbaycanın iştirakında maraqlıdır və buna görə də Ermənistanın xeyrinə addım atmayacaq”.
S.Qriqoryan Azərbaycanın da Avrasiya İttifaqına girməyəcəyini dilə gətirib. Onun sözlərinə görə, Rusiyaya Ermənistan məhz Azərbaycanı ittifaqa cəlb etmək üçün lazımdır.
/publika.az/