7 İyul 2017 10:13
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən güclü 20 iqtisadiyyatına malik olan dövlət başçılarının Hamburq görüşü bu gün başlayır. Görüşdə təhlükəsizliyi təmin etmək üçün 20 min polis əməkdaşı cəlb edilib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, bu gecə Hamburqda Porşe Mərkəzində güclü yanğın baş verib. Bu yanğının faktiki olaraq G-20 sammiti ərəfəsində baş verməsi gümanları terror aktına qədər aparır.

Hadisə Hamburqda lüks Porşe avtomobillərinin sərgiləndiyi Eidelsted Mərkəzində baş verib. Hamburq rəsmiləri gecə yarısı baş verən yanğınla bağlı ilkin versiyalar irəli sürüb. Versiyalardan biri yanğının G-20 sammitinin əleyhinə olan qruplar tərəfindən törədilməsi ehtimalıdır. Bildirilir ki, qloballaşma əleyhinə olan qruplar bu hadisə ilə G-20 sammitinə etirazlarını ifadə ediblər.

Qeyd edək ki, yanğın nəticəsində 12 lüks Porşe yanaraq kül olub. Yanğınsöndürənlər gecə boyu yanğını söndürmək üçün işləyib.

Qeyd edək ki, bu gün işə başlayacaq G-20 zirvə görüşü ilə paralel olaraq 100 mindən çox nümayişçinin bir araya gələcəyi gözlənilir. Hökumət isə Hamburqda mitinqlərə icazə verilməyəcəyini açıqlayıb.

Bəzi dünya liderləri artıq Hamburqda gəlib və şəhərdə fövqəladə tədbirlər həyata keçirilir.

Dünən isə artıq Hamburqda aksiya olub. Özlərini və paltarlarını boz rəngə boyayan etirazçılar hərəkətsiz dayanıb, daha sonra ayaqlarını sürüyərək irəliləyib. Polis də hazırlıq vəziyyətinə gətirilib, ehtiyat tədbiri kimi 400 nəfərlik müvəqqəti saxlama yeri hazırlanıb.


Müəllif: Cavad

Oxşar xəbərlər