Müxalifətdə olan hüquq müdafiəçiləri arasında ciddi fikir ayrılığı və qarşıdurma başlayıb.
Bu haqda hüquq müdafiəçilərinə yaxın şəxslər bildiriblər. Məlumata görə, əsas fikir ayrılığı Leyla Yunusla Rəsul Cəfərov arasında baş verib.
Belə ki, Leyla Yunus özünə yaxın olan şəxsləri toplayaraq 2015-ci ildə Bakıda keçiriləcək Avropa Yay Olimpiya Oyunlarını boykot etmək istiqamətində kampaniyaya başlamaq qərarını verdiyini açıqlayıb.
Ancaq Rəsul Cəfərov buna qarşı çıxıb, bildirib ki, buna getmək olmaz. Çünki belə möhtəşəm bir oyunun boykot edilməsinin ciddi nəticəsi ola bilməz, əksinə, bütün ölkələr bu idman yarışında iştiraka can atır.
Bununla da iki hüquq müdafiəçisi arasında ziddiyyət yaranıb. Leyla Yunus hətta bu məsələnin mətbuata çıxmasına da qarşı olduğunu ifadə edib.