30 İyul 2014 10:18
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna güc strukturları şərqdə gedən hərbi əməliyyatlar zamanı qısa mənzilli ballistik raketlərə əl atıb.


Məlumata görə, "CNN" telekanalı ABŞ kəşfiyyatında olan 3 mənbəyə istinadən bildirir ki, Ukrayna ordusu 454 kiloluq döyüş başlıqlı, 89 kilometr fəaliyyət radiusu olan raketlərdən istifadə edir. Bu bu günə kimi münaqişədə istifadə edilən ən dağıdıcı silahdır.

Məlumatda, istifadə olunan raketlərin hara düşdüyü və nə kimi ziyan verdiyi bildirilməyib. "ABŞ kəşfiyyatı əlbətdəki, bu cür raketlərin atışını isbat edəcək şəkilləri göstərməyəcək. Çünki ukraynalılar pis uşaqlar deyil" - deyə kanal mənbələrdən birinin sitatını önə çıxarıb. Digər mənbə raketlərin atışını “münaqişənin genişləndirilməsi” kimi qiymətləndirsə də, “ukraynalıların özlərini qorumaq hüququ var” deyib.


Müəllif:

Oxşar xəbərlər