“Azərbaycanın bəzi yüksək vəzifəli şəxslərinin Jirinovskinin sizin ölkə haqda dediyi bəzi təhqirlərə pauza verməsindən sonra ona minnətdarlıq bildirmələri çox qəribə görünür”.
Bu sözləri “Vesti.az” saytına açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib.
O, Rusiyada yaşayan azərbaycanlıların indiyə qədər Jirinovskiyə sərt cavab vermədiklərini bildirib:
“Kimsə Jirinovskidən anti-Azərbaycan ifadələrini azaltmağı istəyə bilər. Amma azərbaycanlılar heç bir siqnal olmayan bu detala anbaan diqqət edib aşağı səviyyəyə düşə bilməzlər. Siqnal yalnız güvənilməli olan əsl siyasətçinin siyasi xətti ola bilər. 1993-cü ildən bu yana ölkənin daxilində və xaricində baş verən bütün hadisələrə reaksiya verən deputat bu sıraya aid edilə bilməz. Azərbaycana gələcəyin fiqurları lazımdır, keçmişin yox. Yalnız bir söz deyə bilərəm. Nə azərbaycanlılar, nə çeçenlər Jirinovskinin indiyə qədər onların ünvanına söylədikləri təhqirlərə tutarlı cavab verə biliblər. Amma bu mövzularda hər zaman çox səs-küylü danışıblar. Təəssüf ki, qafqazlılar təhqirlərə görə onu cəzalandıracaqlarıyla bağlı verdikləri sözü tutmadılar və onunla bacarmadılar”.