İspaniyanın San-Sebastyan şəhərində keçirilən "Donosti Cup" turnirində çıxış edən 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.
"Marino CD" komandası ilə qarşılaşan yığmamız Melis Sarıaltının vurduğu qol sayəsində 1:0 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, futbolçularımız bu turnirdə keçirdiyi əvvəlki oyunları da qələbə ilə başa vurub. "Atletico Vilafranca" komandasına 3:1 hesabı ilə qalib gələn yığmamız "Amara Berri K.E" komandasını 4:0 hesabı ilə məğlub edib.
/ans press/