2014-cü il dünya çempionatını izləyənlər arasında məşhur müğənni Rihanna ilə model Adriana Lima da olub.
Teleqraf.com-un məlumatına görə, A.Lima özünün Facebook səhifəsində Rihannanı yenidən “Marakana” stadionunda görməyə şad olduğunu yazıb.
Qeyd edək ki, Argentinanın qapıçısı Serxio Romeronun həyat yoldaşı Eliana Queriso verdiyi qəribə vədlə böyük əks-səda yaratmışdı. Eliana demişdi ki, Argentina çempionluğu qazanacağı halda, Romeronun məşhur müğənni Rihanna ilə 1 həftə sekslə məşğul olmasına şərait yaradacaq.
Məşhur müğənni isə bu qəribə təklifə cavab verməyib.
Xatırladaq ki, finalda Almaniya və Argentina yığmaları üz-üzə gəlib.
Kəmalə