30 Yanvar 13:29
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cüdo üzrə Azərbaycan milli komandasının ilin ilk Böyük Dəbilqə turniri üçün heyəti açıqlanıb.

Federasiyanın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, fevralın 1-də Fransanın paytaxtı Parisdə start götürəcək nüfuzlu yarışa 6 çəki dərəsində 10 idmançı qatılacaq.

Əhməd Yusifov və Hüseyn Allahyarov 60 kq, Ruslan Paşayev və Rəşad Yelkiyev 66 kq, Rəşid Məmmədəliyev və Vüsal Qələndərzadə 73 kq, Ömər Rəcəbli 81 kq, Əjdər Bağırov 100 kq, Uşanqi Kokauri və Kənan Nəsibov 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparacaq. 90 kq çəkili Murad Fətiyev isə zədəli olduğu üçün yığmanın tibbi heyətinin qərarına əsasən turnirə qatıla bilməyəcək.

Cüdoçulara performans direktoru, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Robert Kravçik, Elxan Məmmədov və Slavko Tekiç rəhbərlik edəcək.

Qeyd edək ki, iki gün davam edəcək turnirdə 54 ölkənin 300-dən çox cüdoçusu medallar uğrunda mübarizə aparacaq.


Müəllif: Royal Həsənov

Oxşar xəbərlər