30 Yanvar 15:06
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Adil Nağıyevin danışılmış oyunlarda iştirakı öz komandasının tərkibində baş tutan matçlarda baş verib. Giorgi Kantariya isə ölkə xaricində olduğundan onunla bağlı məsələ hələ açıq qalıb”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli “Şamaxı”nın futbolçusu Adil Nağıyevin ömürlük futboldan uzaqlaşdırılması ilə bağlı AFFA İntizam Komitəsinin qərarından danışarkən deyib.

S.Səlimli Azərbaycan Premyer Liqası iştirakçısı “Şamaxı”nın digər şübhəli bilinən gürcü futbolçusu Giorgi Kantyariya haqqında bu sözləri deyib: “Giorgi Kantariya barəsində hələ müəyyən araşdırmalar davam edir. Günahı varsa, Kantariya da cəzasını alacaq. Daxili İşlər Nazirliyi araşdırmalar aparır, əlavə məlumat verməyim konfidesiallığı poza bilər. Ona görə İntizam Komitəsinin açıqlamasından kənara çıxa bilmərəm. Bu barədə proses yekunlaşdıqdan sonra AFFA məlumat verə bilər”.

Qeyd edək ki, “Şamaxı”nın sabiq kapitanı Adil Nağıyev AFFA İntizam Komitəsinin bugünkü qərarilə ömürlük futboldan uzaqlaşdırılıb. 30 yaşlı futbolçu daha əvvəllər “Səbail”, “Zirə”, “Azal”və “Sumqayıt”da çıxış edib.


Müəllif: Röyanə Oğuz

Oxşar xəbərlər