16 İyul 2014 12:53
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 19-da iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Zaqatalada Balakən, Zaqatala və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Zaqatala şəhər Nizami Hüseynov adına 2 nömrəli tam orta məktəbin binasında (Ünvan: Zaqatala şəhəri, Heydər Əliyev prospekti, 65) keçiriləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün Nazirliyin office@economy.gov.az elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin, Nazirliyin Şəki-Zaqatala regional bölməsi (Ünvan: Şəki şəhəri, 20 Yanvar küçəsi, 8, əlaqələndirici şəxs Qalib Məsimov, əlaqə telefonu: (050) 391-75-72, (02424) 4-27-11, faks: (02424) 4-37-67, elektron poçt ünvanı: qalib.masimov@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.


Müəllif: