"Bakı Beton Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyət 6,15 milyon manata özəlləşdirilib.
Teleqraf.com Əmlak Məsələləri Dövlət Xidmətinə istrinadən xəbər verir ki, müəssisə hərraca çıxarılan ilkin qiymətinə satılıb. İlk hərracda müəssisənin satış qiyməti 7 609 376 manat idı.
MMC-nin ümumi sahəsi 9 267,3, torpaq sahəsi isə 64.483 kvadratmetrdir. Müəssisənin 50 nəfər işçisi var.
"Bakı Beton Konstruksiyaları" müxtəlif markalı betonla yanaşı, beton və dəmir-beton borular, bardürlar, dəmir-beton konstruksiyalar, su novları, plitələr, bloklar və s. məhsulların istehsalı sahəsində ixtisaslaşıb.
Qeyd edək ki, bu, "Bakı Beton Konstruksiyaları" MMC-nin təsis paylarının satışı üzrə təkrar hərracdır. Müəssisənin 1937053.75 manat məbləğində debitor, 2555262.69 manat məbləğində isə kreditor borcu var.