8 Yanvar 09:43
212
12 Punto 14 Punto 16 Punto 18 Punto

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin mart müqaviləsinin dəyəri 0,44% artaraq 1 barelə görə 77,39 ABŞ dolları təşkil edib.

Teleqraf.com-un məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevral ayında ixrac edilməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0.59% artaraq 1 barelə görə 74.69 ABŞ dollarına bərabər olub.

ABŞ və Avropada soyuq hava xam neftin bahalaşmasına səbəb olur. ABŞ Neft İnstitutunun hesabatına görə, ABŞ-da neft ehtiyatları keçən həftə 4 milyon barrel azalıb. Ölkədə soyuq hava yanacağa tələbi və hasilat sahələrində donma riskini artırıb. Şimali Avropa da qar və buza hazırlaşır. Qiymətlər bir neçə ay davam edən diapazondan çıxdıqdan sonra 2025-ci ilə güclü başlayıb, lakin bir çox analitiklər ilin sonunda tədarük bolluğu barədə xəbərdarlıq etməyə davam edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər