Ukraynanın öz ərazisindən Rusiya qazının tranzitini dayandırması Avropanın bir sıra ölkələrində elektrik enerjisinin bahalaşmasına səbəb olub.
Teleqraf.com xəbər verir ki, İspaniyada elektrik enerjisinin qiyməti 1 meqavat/saata görə (MWh) 18.57% artaraq 98.92 avro olub.
İtaliyada isə elektrik enerjisinin qiyməti 1 meqavat/saata görə (MWh) 7.37% azalaraq 133.23 avroya ticarət edilib.
Fransada bu göstərici 0.01% artaraq 71.91 avro, Almaniyada isə qiymətlər stabil qalaraq 108.45 təşkil edib.
Birləşmiş Krallıqda elektrik enerjisinin qiyməti 0.57% artaraq 97.50 Britaniya funt sterlinqinə və ya 121.37 ABŞ dollarına bərabər olub.