25 Yanvar 11:28
208
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı Krallığı Riyadda Dünya İqtisadi Forumunun (WEF) müntəzəm yüksək səviyyəli qlobal iclasına ev sahibliyi edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun 55-ci illik iclasının son günündə Səudiyyə Ərəbistanının İqtisadiyyat və Planlaşdırma Naziri Faysal Alibrahim və WEF Prezidenti Börge Brende bildirib.

İclasın ilk görüşü 2026-cı ilin yazında keçiriləcək.

Riyadda keçiriləcək iclasda ictimai və özəl sektor, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti də daxil olmaqla müxtəlif sahələrdən olan qlobal liderlər, ekspertlər, siyasət və qərar qəbul edənlər bir araya gələrək dünyanın üzləşdiyi problemləri müzakirə edəcəklər.

“Qlobal iqtisadiyyat üçün bu kritik məqamda biz yalnız qarşımızda duran imkanlardan ilhamlanmırıq, həm də birgə səylərimizin hər kəs üçün daha parlaq, daha inklüziv və daha firavan bir gələcək quracağına dərin inam bəsləyirik,” - nazir Faysal Alibrahim deyib.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər