25 Yanvar 13:00
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ildə kompüter, elektron və optik məhsulların, həmçinin elektrik avadanlıqlarının istehsalı sahələrində ümumilikdə 328,9 milyon manatlıq məhsul istehsal edilib.

Teleqraf.com Dövlət Statistika Komitəsinə əsasən xəbər verir ki, bu əvvəlki illə müqayisədə əhəmiyyətli artımı göstərir. Elektrik avadanlıqlarının istehsalı 32,8 faiz, kompüter, elektron və optik məhsulların istehsalı isə 4,7 faiz artıb.

Daha ətraflı statistikaya nəzər saldıqda, bəzi məhsul növlərinin istehsalında diqqətə çarpan irəliləyişlər qeydə alınıb. Məsələn, ölçmə cihazlarının istehsalı 2,1 dəfə, stolüstü kompüterlərin istehsalı 49,2 faiz, güc transformatorlarının istehsalı 40,8 faiz, noutbukların istehsalı isə 16,3 faiz artıb.

Ümumilikdə bu artımlar, ölkə iqtisadiyyatının texnoloji və sənaye sahələrindəki inkişafını əks etdirib.


Müəllif: Fatimə Bağırova

Oxşar xəbərlər