İstanbul Maliyyə Mərkəzində yerli BOTAŞ şirkəti ilə Rusiyanın Gazprom şirkəti arasında enerji ticarəti platforması yaradılacaq. Artıq bununla bağlı Moskvaya lazımi sənədlər göndərilib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ortaq paya sahib olunacaq enerji platformasında rəqəmsal xidmətlər göstəriləcək.
Bununla da Türkiyə dünya enerji bazarında öz mövqeyini bir qədər gücləndirməyi düşünür.
Türkiyə Afrika ölkələrində, xüsusilə də, Somalidə neft axtarışlarını davam etdirir.