25 Yanvar 14:10
240
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ildə Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi 6 miyard 929 milyon 83 dollar təşkil edib.

Teleqraf.com Dövlət Gömrük Xidmətinə istinadən xəbər verir ki, MDB dövlətləri arasında Azərbaycanın ixracında birinci yeri Rusiya tutub. Şimal qonşumuza 1 milyard 178 milyon 347 dollar dəyərində məhsul ixrac edilib. Ukraynaya ixracın həcmi 177 milyon 242 dollar, Qazaxıstana 133 milyon 116 dollar təşkil edib.

MDB dövlətləri ilə idxal əməliyyatlarında da Rusiya birinci sırada yer alıb. Rusiyadan 3 milyard 621 milyon 472 dollarlıq məhsul alınıb. Belarusdan idxal 457 milyon 685 dollar, Qazaxıstan isə 337 milyon 326 dollar təşkil edib.

Qeyd edək ki, MDB ölkələri üzrə Azərbaycana idxal olunan məsullar ümumi idxalın 24.84 fazinə, ixrac olunmuş məhsullar isə ümumi ixracın 6,4 faizinə bərabər olub.


Müəllif: İlahə Səlimova

Oxşar xəbərlər