25 Yanvar 12:00
202
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü illə müqayisədə real ifadədə 8,6 faiz artaraq 12 milyard 885.5 milyon manat olub.

Teleqraf.com Dövlət Statistika Komitəsinə əsasən xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 9,698.8 milyon manatlıq xidmət göstərilib. Bu isə xidmətlərin ümumi dəyərinin 75,3 faizini təşkil edib.

2024-cü ildə hər bir ölkə sakini orta hesabla 1,262.9 manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 139 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib. Ümumilikdə ölkədə ödənişli xidmətlər sahəsindəki bu artım, əhalinin müxtəlif sahələrdə xidmətlərə olan tələbatının artdığını göstərib.


Müəllif: Fatimə Bağırova

Oxşar xəbərlər