2024-cü il kredit qoyuluşunun maliyyə bazarları iştirakçıları üzrə strukturunda kommersiya bankları ilk sırada yer alıb.
Teleqraf.com Mərkəzi Banka istinadən xəbər verir ki, iqtisadiyyata kredit qoyluşlarında özəl bankların payı 69.4% təşkil edib.
Bu göstərici dövlət bankları və qeyri-bank kredit təşkilatları üzrə müvafiq olaraq 24.4% və 6.2% olub.
Kreditlərin 14.2%-i ticarət və xidmət sektoruna, 2.6%-i mədənçıxarma və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektoruna, 2.0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna, 4.0%-i inşaat və tikinti sektoruna, 7.8%-i sənaye və istehsal sektoruna, 6.4%-I nəqliyyat və rabitə sektoruna, 58.1%-i ev təsərrüfatlarına və 4.9%-I isə digər sahələrə yönləndirilib.
Kreditlərin regionlar üzrə bölgüsündə Abşeron-Xızı iqtisadi rayonu ilk sırada yer alıb. İqtisadiyyata yönləndirilən kreditlərin 17% ilə məhz bu bölgədə bölüşdürülüb. Kreditlərin 13%-i Gəncə-Daşkəsən 8%-i Qazax-Tovuz, 8%-i Şəki-Zaqatala,8%-i Şərqi Zəngəzur, 9%-i Mərkəzi Aran iqtisadi rayonund realizə edilib.
Qeyd edək ki, Bakı iqtisadi rayonu üzrə kreditlərin faiz dərəcələri 11.85% olub. Ən yüksək kredit faizləri Dağlıq-Şirvan iqtisadi rayonunda qeydə alınıb – 19.25%.