Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişin tələbatı əsas götürülərək dayanacaq məntəqəsi təşkil edilib.
Teleqraf.com-un AYNA-ya istinadən xəbərinə görə, cari ilin 30 yanvar tarixinədək Zabrat-Maştağa şosesində sərnişin tələbatı və vətəndaşların ictimai nəqliyyata əlçatanlığının artırılması məqsədilə 5.12 yol nişanı quraşdırılaraq dayanacaq məntəqəsi təşkil edilib.
Bundan başqa. 8 Noyabr prospektində isə yeni dayanacaq pavilyonu quraşdırılıb.