Günümüzdə insanlar gözəlliklərinə çox əhəmiyyət verirlər. Xüsusilə də qadınlar gözəllik uğruna, xoşbəxt və rahat ola bilmək üçün bütün əməliyyatları, hətta ağrılı və təhlükəli olanları belə etdirməyə hazırdılar. Çox vaxt təkcə estetik məqsədli əməliyyat edilsə də, bəzi vəziyyətlərdə sağlam həyat və sağlam cinsi əlaqə üçün də qadınlar əməliyyata müraciət etməli olurlar.
Qadınların xüsusilə də son illərdə daha çox müraciət etdikləri əməliyyatlardan biri də vaginoplastikadır.
Bəs vaginoplastika əməliyyatı nədir? Necə edilir? Hansı problemlərə bu əməliyyatla son qoyulur?
Bütün bu suallara Türkiyənin ən tanınmış ginekoloqlarından olan op. dr. Ebru Zülfikaroğlu cavab verib.
Qadınlar üçün maraqlı olacağını düşünərək tabloid.az “Ailə dostu” layihəsi çərçivəsində Ebru Zülfikaroğlunun Türkiyə mətbuatına verdiyi müsahibəni təqdim edirik:
- Vaginoplastika nədir?
- Bəzi qadınlarda genital orqanların quruluşunun düzgün olmaması., iç və xarici dodaqların asimmetriyası, doğum əsnasındakı kəsiklər (epizyotomi) və ya infeksiyalar nəticəsində psixoloji və fiziki narahatlıq meydana gəlir.
Genital problemlərindən ən çox rast gəlinəni və qadınları daha çox narahat edəni xarici və iç dodaqların böyüklüyü, asimmetrik olmaları və ya sallanmalarıdır.
Bu tibbi baxımdan heç bir narahatçılıq doğurmasa da, estetik baxımdan xoş görünmür və qadınların kompleks etməsinə, hətta cinsi əlaqədən uzaqlaşmasına səbəb olur.
Cinsiyyət orqanındakı bəzi qeyri-adiliklər isə cinsi əlaqə zamanı həzz alma duyğusunu azaldır və ya ağrı verir.
Bəzi qadınlarda genital bölgədəki kiçik dodaqların böyük olması onların dar paltarlar və şalvarlar geyə bilməməsinə, istədiyi alt paltar istifadə edə bilməməsinə, çimərlik geyimi geyinərkən problemlə üzləşməsinə və hətta ərindən utanıb yataqdaykən işıqları söndürüb bədənini gizlətməsinə səbəb olur.
Belə hallarda estetik əməliyyata müraciət etmək lazımdır.
Belə əməliyyatlara "vaginoplastika" və ya "labioplasti” əməliyyatı deyilir.
- Bu əməliyyat təhlükəlidirmi və neçə saat davam edir?
- Bu əməliyyatlar həkimin seçimi ilə lokal (regional keyitmə) və ya ümumi anesteziya altında 30 - 35 dəqiqə davam edir. Öz-özünə əriyən saplar istifadə edildiyindən, tikişi sökməyə ehtiyac olmur.
Qadınlar çox vaxt belə əməliyyatlardan çəkinirlər. Səbəb isə qulaqdan-qulağa yayılan səhv məlumatlardır. Hər bir qadın bilməlidir ki, bu əməliyyatlar təhlükəli deyil, qızlıq pərdəsinə zərər vermir, cinsi əlaqəyə, orqazma, hamilə qalmağa və normal doğum etməyə maneçilik törətmir.
Vagina əməliyyatından sonra dözülməz dərəcədə ağrı və yanma hissi də olmur.
- Neçə günə xəstə normal həyatına qayıda bilər?
- Yara 7-10 günə sağalır və əməliyyatdan 1 ay sonra cinsi əlaqəyə girmək mümkün olur.
Aradan 2-3 ay keçdikdən sonra isə əməliyyatın izi ümumiyyətlə, nəzər çarpmır.
- Qadınların vagina ilə əlaqədar problemi vagina genişliyidir. Bunu əməliyyatla aradan qaldırmaq mümkündürmü?
- Vagina genişliyi qadınların cinsi əlaqə zamanı kifayət qədər həzz almalarına mane olur. Üstəlik, bu qadınlarda sidik qaçırma kimi ciddi sağlamlıq probleminə səbəb ola bilər.
Əməliyyat zamanı vagina daraldılır və boşalmış əzələ strukturları yığışdırılır.
Vaginoplastika vaginanın daralmasını və bərpa olunmasını təmin edən cərrahi əməliyyatdır. Əməliyyat zamanı artıq olan vaginal dəri çıxarılır, vaginanın ətrafındakı yumuşaq toxuma və əzələlər bərpa olunur, nəticədə vaginal yol daraldılır.
- Qadınlar ən çox hansı problemlərə görə narahatdırlar?
- Əksər qadınlar vaginoplastika əməliyatını vaginada yaranmış genişlik səbəbi ilə istəyir. Qadınlar cinsi əlaqə zamanı azalan sürtünmə səbəbi ilə daha az zövq aldıqlarını, daha çətin orqazm olduqlarını deyirlər.
Əməliyyatdan sonra cinsi əlaqə zamanı hər iki tərəf müsbət dəyişikliyi hiss edir.
- Vaginoplastika əməliyyatının riskləri nələrdir?
Hər bir cərrahi əməliyyatda risk var. Bu əməliyyat zamanı da xəstədə qanaxma və infeksiya ola bilər.
Qanaxma əməliyyat zamanı dayandırılır, infeksiya riskinin isə əməliyyatdan sonra təyin olunan antibiotiklərdən istifadə etməklə qarşısı alınır.
- Vaginoplastikadan neçə gün sonra işə qayıtmaq olar?
- Xəstə bir gün xəstəxanada qalır və iki gün sonra isə işinə qayıda bilir. Bəzi xəstələrdə isə bu, 5 gün çəkir. Qadının kilosundan, sağlamlığından asılıdır.
- Bu əməliyyatlar cütlüklərin cinsi münasibətinə necə təsir edir?
- Qadınlar özlərinə daha çox güvəndikləri üçün cinsi əlaqədədə aktiv olurlar. Əvəllər ayda bir dəfə cinsi əlaqə yaşayan cütlüklər əməliyyatdan sonra həftədə 1-2 dəfə münasibətdə olmağa başlayırlar. Vagionaplastika təkcə estetik görüntünü yaxşılaşdırmır, həm də cinsi həyata müsbət təsir edir.
/tabloid/