8 Avqust 23:44
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

NASA-nın iki astronavtının Yerə qayıtması ilə bağlı yekun qərar avqustun ortalarına qədər veriləcək.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, astronavtlar 2025-ci ilin fevralına qədər orada qala bilər.

NASA astronavtları Butch Vilmore və Suni Villiams orbitdəki laboratoriyaya təxminən bir həftə baş çəkməli və iyunun ortalarında geri dönməli idilər. Lakin “Boeing”in yeni “Starliner” gəmisindəki itələyici mexanizmlərin sıradan çıxmasından və helium sızmasının aşkarlanmasından sonra astronavtların Yerə qayıtması dəfələrlə təxirə salınıb.

Bu iki təcrübəli ABŞ astronavtı yeni Starliner-də kosmosa göndərilən ilk astronavtlardır və indiyədək kosmosda 64 gün keçiriblər.


Müəllif: Arzu

Oxşar xəbərlər