Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinə yeni başçı təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, sərəncama əsasən, Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.