17 Aprel 2020 12:03
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xahiş edirəm ki, çıxışları 5 dəqiqəyə endirək. Biz pandemiya dövründə yaşayırıq. Bildiyiniz kimi, viruslar qapalı məkanlarda daha çox təhlükəli olur. Bu səbəbdən xahiş edirəm ki, təklifim səsə qoyulsun.

Teleqraf.com xəbər verir ki, bu təkliflə Milli Məclisdə çıxışı zamanı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib.

Komitə sədri həmçinin təklif edib ki, iclaslar 2 saat müddətində başa çatdırılsın: “Təklif edirəm ki, iclas 2 saat keçirilsin. Yox, əgər bu vaxt kifayət etmirsə, fasilə verib sonradan iclası davam etdirə bilərik”.

Komitə sədrinin təklifi səsə qoyularaq qəbul edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər