10 Noyabr 17:40
250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Anqola Respublikasının vitse-prezidenti Esperança da Kosta BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 10-da Azərbaycan Respublikasına səfərə gəlib.

Teleqraf.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Esperança da Kostanı Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər