Dekabrın 10-dək hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçki məntəqələrin yaradılması prosesi başa çatacaq.
Teleqraf.com xəbər verir ki, bu, "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.
Qeyd olunur ki, müstəsna hallarda sözügedən proses səsvermə gününə azı 5 gün qalanadək davam edə bilər.
Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib.
Seçki Məcəlləsinin 214.1, 214.4, 214.5-ci maddələrinə əsasən, seçki dairəsinin ərazisində daimi yaşayan, passiv seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşları, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları bələdiyyə seçkilərində namizəd qismində iştirak edə bilərlər.