6 Dekabr 12:05
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar dalana dirənməyib.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan deyib.

Deputatın sözlərinə görə, danışıqlar prosesi davam edir, amma müəyyən çətinliklər var:

“Mübahisəli məqamlar var ki, bunların müzakirəsi daha mürəkkəbdir və müəyyən vaxt tələb edir. Amma dalana dirənməkdən söhbət getmir. Proses gedir”.

Ovannisyan vurğulayıb ki, Bakı və İrəvan sülh sazişini yekunlaşdırmaq üçün işləməkdə davam edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər