7 Dekabr 12:33
1 664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 4-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Böyük Britaniya və İsveçrə səfirlikləri ilə birlikdə Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş qəbul təşkil edib. ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və İsveçrə diplomatlarının iştirak etdiyi tədbirə yerli hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti, mətbuat nümayəndələri, vəkillər və fəallar da qatılıblar. Qəbulda Azərbaycanın daxili işlərinə cəhd, məhkəmə qərarlarına müdaxilə, kimlərisə haqlı çıxarmaq, bəzi şəxslərin adlarını daha çox önə çəkmək bunun müqabilində hakimiyyətə təzyiq amillərini artırmaq kimi elementlər də müşahidə edilib.

Teleqraf.com-a açıqlamasında həmin tədbirdə iştirak edən hüquq müdafiəçisi Novella Cəfəroğlu əslində həqiqətlərin nədən ibarət olmasından danışıb.

“Həmin dövlətlər daimi olaraq Azərbaycanı nədəsə günahlandırırlar. Bu düzgün yanaşma deyil. Amma iş ümumi məsələyə gəldikdə isə, ancaq öz maraqlarına uyğun hərəkət edirlər”, - deyə hüquq müdafiəçisi söyləyib.

O bildirib ki, həmin tədbirdə də ancaq onlarla işləyən adamların adı çəkildi: “Kimlər ki, həmin ölkələrlə işləyib, onlardan pul alıb, ancaq o şəxslərin adları üzərində dayandılar. Digərlərinin adını elə belə siyahı kimi qeyd etdilər. Sözsüz ki, bu təəcüblü deyildi. Əgər doğrudan da hamıya eyni gözlə baxırlarsa, niyə ayrı-seçkilik edirlər? Bunu başa düşmək isə çox da çətin deyil. Maraqlısı isə odur ki, onlar Tofiq Yaqublunun, Anar Məmmədovun, Bəxtiyar Hacıyevin adını niyə çəkmədi? Amma başqa vaxt bu adamları da eyni kateqoriyaya aid edirlər. Demək ki, bu məsələyə onların öz yanaşmaları var”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər