7 Dekabr 14:58
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistana mesajımız aydındır. Bunu həm beynəlxalq arenalardanda səsləndiririk, həm də rəsmi İrəvana çatdırırıq".

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, müharibə geridə qaldı, artıq ölkələr irəliyə baxmalıdır:

"Bölgədə yeni sülh ortamı yaradılmalıdır. Azərbaycan və Ermənistan birlikdə işlədikdə, üçüncü ölkənin müdaxiləsi olmadan əlaqələri normallaşdıra bilərlər. Bunu sərhəd məsələləri də təsdiq etdi. Arzumuz qısa zamanda sülhün əldə edilməsidir. Azərbaycanın tələbləri aydındır. Beynəlxalq ictimaiyyət Bakını ittiham edərək, guya başqa ölkənin konstitusiyasını zorla dəyişdirməkdə günahlandırır. Biz beynəlxalq arenalarda bunun səhv olduğunu qeyd edirik. Azərbaycan sülhü qalıcı olaraq istəyir. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları varsa, qalıcı sülh əldə etmək mümkün deyil. Rəsmi Bakı gələcək nəsillərə işin qalmamısını istəyir. Biz də Azərbaycanı bu məsələdə sonuna qədər dəstəkləyirik".

Türkiyə rəsmisi Zəngəzur dəhlizi ilə bağlı məsələyə də aydınlıq gətirib:

"44 günlük Vətən Müharibəsindən sonra imzalanan üçtərəfli bəyanatda Zəngəzur dəhlizinin açılması məsələsi gündəmə gəldi. Bəziləri yenə bunu fərqli şərh edir. Onlara da mesajımız var. Burada əsas istək sülh və eyni zamanda inkişaf hədəflənib. Bu, başda Ermənistan olmaqla bölgə ölkələri üçün vacibdir. Ümid edirik ki, Ermənistan üçüncü ölkələrdən gələn çağırışlara qulaq asmaz və sülh əldə edilər".


Müəllif: Məlik Məlikov

Oxşar xəbərlər