20 Avqust 2019 09:27
1 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal təhsil üçün yardım təşkilatı olan Varkey Fondunun araşdırmasında dünyanın ən çox hörmət bəslənən peşələri bəlli olub.

Teleqraf.com xəbər verir ki, Fond 35 ölkədə keçirdiyi sorğunun nəticələrinə görə respondentlərin 14 magistr pilləsi üzrə ixtisaslar haqqında fikirlərini öyrənib.

İştirakçılar 1 və 14 xalla ixtisasları dəyərləndiriblər.

Birinci yerdə 4,6 xalla Kitabxanaçılıq peşəsi qərarlaşıb.

İkinci yeri 5,8 balla Sosial xidmətçi peşəsi tutub.

Üçüncü yerdə 5,9 balla Veb dizayner qərarlaşıb.

Dördüncü pilləni 6,4 balla İbtidai sinif müəllimi tutub.

Beşdə 7.0 balla Yuxarı sinif müəllimliyidir.

Altıncı sırada 7.1 balla İdarəetmə məsləhətçisi olub.

Yeddinci yerdə 7.3 balla Yerli hökumət meneceridir

Səkkizdə 7.3 balla Mühasib peşəsi durur.

Doqquzda 7.4 balla Tibb bacısıdır.

Onuncu yerdə 7.8 balla Polis peşəsidir.

On birinci yerdə 8.1 balla Ali dərəcəli müəllimdir.

On ikidə 9.1 balla Mühəndislik gəlir.

On üçüncü yerdə 9.5 balla Vəkil sənətidir.

On dördüncü sırada 11.6 balla Həkimlik qərarlaşıb.


Müəllif: İmamət İsmayılova