1 İyun 2020 18:17
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq Bakı şəhər Prokurorluğunun əməkdaşı Yusif Səməndərovun vəfatı ilə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, açıqlamada Yusif Səməndərovun yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxması səbəbindən vəfat etməsi təkzib olunub.

Bildirirlib ki, koronavirusla mübarizə ilə bağlı həyata keçirilən profilaktiki tədbirlər çərçivəsində prokurorluq əməkdaşları testlərə cəlb edilib, onlardan yalnız birində koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb. Həmin əməkdaşın hazırda sosial izolyasiya rejimində müalicəsi həyata keçirilir.

“Aparılmış araşdırmalarla Yusif Səməndərovun “kəskin ürək və tənəffüs çatışmazlığı” diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə daxil olması və həmin xəstəlikdən mayın 31-də vəfat etməsi, eyni zamanda onun koronavirus test nəticəsinin neqativ çıxması müəyyənləşib”, – məlumatda qeyd olunub.


Müəllif: Teleqraf.com