Könüllülər hərəkatı daha da genişlənib. Könüllülüklə məşğul olan qrupların sayı artıb.
Teleqraf.com xəbər verir ki, bunu Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov Milli Məclisin Gənclər və idman komitəsində keçirilən qurumun 2024-cü ildə fəaliyyəti haqqında təqdimata həsr olunmuş iclasda deyib.
O bildirib ki, il ərzində müxtəlif istiqamətlərdə həyata keçirilən çox saylı könüllülük fəaliyyətləri ilə yanaşı ənənəvi olaraq hər il “Könüllülük həftəsi” təşkil olunur. "Könüllülük həftəsi" 30 şəhər və rayonu əhatə edib.
Qədir Xəlilov qeyd edib ki, "Qayıdış Könüllüləri" proqramı 5 regionu əhatə edib.
"Bu layihədə 300-dən çox könülü iştirak edib. Burada məqsəd işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləməkdir. Bu, əslən həmin bölgələrdən olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində iştirakını təmin etmək, gənclərin bölgənin zəngin tarixi-mədəni irsinin təbliğində iştirakını təşviq etmək, Böyük Qayıdış prosesinə töhfə vermək məqsədi daşıyır”- Xəlilov vurğulayıb.