30 Yanvar 14:15
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 304 layihə həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, bunu Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov Milli Məclisin Gənclər və idman komitəsində keçirilən qurumun 2024-cü ildə fəaliyyəti haqqında təqdimata həsr olunmuş iclasda deyib.

Onun sözlərinə görə, bu layihələr 48 şəhər və rayonu əhatə edib.

Xəlilov onu da qeyd edib ki, ötən il Gənclərin İnkişafı və Karyera Mərkəzinin regional nümayəndəlik və bölmələrində gənclərin inkişafını hədəfləyən müxtəlif növdə fiziki və onlayn fəaliyyətlər - təlimlər, seminarlar, layihələr və tədbirlər həyata keçirilib.

"Yevlax şəhərində yeni və müasir Gənclər Məkanının açılışı baş tutub. Bu məkanın yaradılmasında məqsəd gənclərin asudə vaxtlarının səmərəli keçirilməsini təmin etməkdir”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər