Könüllülərin parlamentdə təcrübə qazanması üçün könüllülük hərəkatının yaradılmasını təklif edirəm.
Teleqraf.com xəbər verir ki, bunu Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov Milli Məclisin Gənclər və idman komitəsində keçirilən qurumun 2024-cü ildə fəaliyyəti haqqında təqdimata həsr olunmuş iclasda deyib.
Onun sözlərinə görə, könüllülərin komitələrdə, tədbirlərdə iştirakı məqsədəuyğun olar.
Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov təklifi kifayət qədər maraqlı, cəlbedici hesab edib.
"Düşünürəm ki, yaxın gələcəkdə bu istiqamətdə fəaliyyətimizi davam etdirə bilərik".